AZ

Almaniyadan TƏCİLİ ÇAĞIRIŞ: İranı dərhal tərk edin

Almaniya Xarici İşlər Nazirliyi vətəndaşlarını təcili olaraq İranı tərk etməyə çağırıb.

"Yeni Sabah" xəbər verir ki, xəbərdarlıq nazirliyin rəsmi saytında dərc olunub.

Diplomatik qurumun məlumatında vurğulanır ki, Almaniyanın Tehrandakı səfirliyi hazırda Almaniya vətəndaşlarına yalnız son dərəcə məhdud konsulluq dəstəyi göstərə bilər. Bu səbəbdən təhlükəsizlik baxımından onların İslam Respublikasını tərk etmələri tövsiyə olunur.

"İrana səfərlər tövsiyə edilmir. Almaniya vətəndaşlarına ölkəni tərk etmələri qəti şəkildə məsləhət görülür. Nəzərinizə çatdırırıq ki, məsul Almaniya diplomatik nümayəndəliyi xaricdə konsulluq yardımını yalnız çox məhdud həcmdə göstərə bilər. Bu, xüsusilə ölkəyə daxil olarkən İran pasportundan istifadə etdiyiniz halda aktualdır", - deyə fevralın 20-də yenilənmiş məlumatda bildirilir.

Xəbərdarlıq Donald Trampın İrana qarşı hərbi və hökumət obyektlərinə məhdudmiqyaslı zərbə endirilməsi imkanını nəzərdən keçirdiyi barədə bəyanatı fonunda yayılıb./Oxu.az


Telegram kanalımız
Seçilən
75
1
yenisabah.az

7Mənbələr