AZ

Saşa İliç: “Çalışacağıq ki, yaxşı nəticələr əldə edək”

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Oyunun ilk 20 dəqiqəsində yaxşı oyun göstərdik. Lakin fasiləyə yaxın katastrofik vəziyyət yarandı”.

İdman.Biz bildirir ki, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 21-ci turunda “Qəbələ” ilə 0:0 bitən oyundan sonra deyib.

Məşqçi oyunçularının ötürmələrdə, qərarlarda səhvlik etdiklərini etiraf edib.

“İkinci hissədə bir az oyunu düzəltdik, amma qələbə qazana bilmədik.

Qarşıda oyunlar var. Ciddi, çətin matçlar olacaq. Çalışacağıq ki, yaxşı nəticələr əldə edək”, - İliç bildirib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
icma.az

2Mənbələr