AZ

AAYDA əməkdaşlarına fəxri fərmanlar təqdim olundu » AzadMedia.az

[center]
22 fevral – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) işçilərinin peşə bayramı münasibətilə 4 saylı Magistral Avtomobil Yollarının İstismarı MMC-də tədbir keçirilib.

Tədbirdə 4 saylı Magistral Avtomobil Yollarının İstismarı MMC-nin rəisi Mübariz Paşayev çıxış edərək kollektivə rəhbərlik adından səmimi təbriklərini çatdırıb, yol təsərrüfatı sahəsində çalışan əməkdaşların əməyini yüksək qiymətləndirib. Bildirilib ki, ölkəmizin yol infrastrukturunun inkişafı, magistral yolların təhlükəsiz və fasiləsiz istismarı məhz bu sahədə çalışan fədakar insanların zəhməti nəticəsində mümkün olur.

Peşə bayramı münasibətilə nümunəvi fəaliyyətlərinə və uzunmüddətli səmərəli əməyə görə bir qrup əməkdaş fəxri fərmanla təltif edilib.

Fəxri fərmanlar əməkdaşlar Süleymanov İsmayıl Rüstəm oğluna və Kərimov Babaxan Əbülfəz oğluna Mübariz müəllim tərəfindən təqdim edilib.

Tədbirdə həmçinin AAYDA rəhbəri Vüsal Nəsirlinin təbrik məktubu kollektivə çatdırılıb. Təbrikdə yol təsərrüfatı işçilərinin ölkənin sosial-iqtisadi inkişafındakı mühüm rolu vurğulanıb, onlara möhkəm can sağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Sonda xatirə şəkilləri çəkdirilib və kollektiv üzvlərinə gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzu edilib.

Azadmedia.az kollektivi 22 fevral – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) işçilərinin peşə bayramı münasibətilə 4 saylı Magistral Avtomobil Yollarının İstismarı MMC-nin bütün əməkdaşlarını təbrik edir, uğurlar arzuıayır
Seçilən
15
1
azadmedia.az

2Mənbələr