AZ

7 il sonra  "Vasko da Qama” ilə futbola qayıtdı

Braziliyalı qapıçı Bruno Fernandeş 2017-ci ildə sevgilisinin qətlinin sifarişçisi olduğu üçün amnistiya ilə azadlıq qazandıqdan sonra yenidən futbola qayıdıb.

90deqiqe.Az-ın məlumata görə, 41 yaşlı qolkiper "Vasko da Qama"ya qoşularaq debütünü Braziliya Kubokunda etməyə hazırlaşır. Fernandeş üçün bu yaş hələ də oyun baxımından əlverişlidir.

Qeyd edək ki, qətl 2010-cu ildə baş verib. Fernandeş bu cinayətin icraçısı olmasa da, sifarişçi olub. Hadisəyə səbəb keçmiş sevgilisi Elza Samudionin aliment tələbləri olub. Cinayəti isə futbolçunun dostları Luis Henrique Ferreira Rumao və sabiq polis işçisi Markos Aparesido həyata keçirib.

Seçilən
10
90deqiqe.az

1Mənbələr