Amerikalı MMA məşqçisi Xavyer Mendes yetirməsi, rusiyalı döyüşçü İslam Mahaçevin irlandiyalı Yan Harri ilə mümkün döyüşü barədə fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, Mendes Submission Radioya müsahibəsində bildirib:
“Harri ayaqüstü döyüşdə İslama yaxşı müqavimət göstərə bilər. Amma yerdə o, sadəcə sağ qala bilməyəcək. Daha doğrusu, bəlkə beş raund davam gətirər, amma qələbə qazana bilməyəcək. Buna 100 faiz əminəm. Bəli, ayaqüstü döyüşdə o, çox çevikdir. Amma o, yerdə sağ qalmayacaq”.
Qeyd edək ki, Mahaçev və Harri 14 iyunda Ağ Evdə keçiriləcək turnirdə UFC yarımorta çəki dərəcəsinin çempionluq titulu uğrunda qarşılaşa bilərlər.