"Sumqayıt" Misli premyer-liqasının 21-ci tur matçında "Qəbələ"ylə heç-heçə etdi - 0:0.
"Football-plus.az" xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
– İlk 20 dəqiqədə yaxşı oyun göstərdik. Lakin fasiləyə yaxın katastrofik vəziyyət yarandı. İkinci hissədə bir az vəziyyəti düzəltdik, amma qələbə qazana bilmədik.
– Futbolçular sanki şanslara məsuliyyətsiz yanaşır… Belə şey var, ya bizə elə gəlir?
– Belə deməzdim. Sadəcə ötürmələrdə, qərarlarda səhvlik olur. Bu, məsuliyyət məsələsi deyil.
– Roy Kehatın durumu necədi?
– Hələ dəqiq nəsə deyə bilmərəm. Birinci gün bilinəcək.
– Ardıcıl üç oyundu qələbə qazana bilmirsiz. Bu, avrokuboklar uğrunda mübarizəyə necə təsir edəcək?
– Qarşıda oyunlar var. Ciddi, çətin matçlar olacaq. Çalışacağıq ki, yaxşı nəticələr əldə edək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta