AZ

Ağır qəza törədən 68 yaşlı qadın sürücü həbs edildi “Hyundai”ı divara vurub aşırdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Qadın sürücü sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə az qala faciəyə səbəb olacaqdı. Avtosfer.az xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatında baş verən hadisə kameraya düşüb.

Əməliyyat-axtarış məlumatlarının açıqlanması əməkdaşların həyatına təhlükə yaradır - DİN-in idarə rəisi

Belə ki, ştatın Frihold qəsəbəsində 68 yaşlı Ancella Arriqo içkili vəziyyətdə idarə etdiyi “Hyundai” markalı avtomobilin sükan idarəetməsini itirərək məktəbəqədər təhsil müəssisəsinin sütununa çırpılıb. Zərbənin təsirindən avtomobil aşıb və nəqliyyat vasitəsinin arxa hissəsi orada olan qadın və iki övladına dəyib. Qəza nəticəsində qadın və bir övladı xəsarətlər alıb. 68 yaşlı sürücü sərxoş vəziyyətdə avtomobil sürməkdə şübhəli bilinərək həbs edilib.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Oxunub 68

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
avtosfer.az

1Mənbələr