AZ

"Pul yaxşıdır, amma hər şey deyil" - Deputat

"Pul hər şey deyil, insan bunu dərk etdikdə məsələ tamam başqa məna kəsb edir. Mənim hərdən dediyim bir fikir var: bəzi insanlar əslində xoşbəxtdirlər, sağlamlıqları var, gündəlik yeməkləri var, geyimləri var, başlarını qoymağa yerləri var. Amma bu xoşbəxtliyi dərk etmədiklərinə görə özlərini bədbəxt hesab edirlər. Təəssüf ki, bu gün cəmiyyətimizdə və ümumilikdə dünyada belə insanların sayı kifayət qədər çoxdur".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov öz sosial şəbəkəsindəki canlı yayım zamanı bildirdi.

Onun sözlərinə görə, hər şeyi maddiyyatla, hər şeyi pulla ölçmək doğru yanaşma deyil:

"Bəli, pul lazımdır, pul yaxşıdır, hər kəsin ona ehtiyacı var. Amma pul hər şey deyil. İnsan bəzən çox kiçik imkanlara malik olduğu halda da özünü xoşbəxt hiss edə bilər. Ona görə də mən həmişə gənclərə deyirəm: maddi zənginliklə yanaşı, mənəvi zənginliyi də əldə edin və qoruyun. Bu balans qorunmazsa, gələcəkdə çox ciddi problemlər yarana bilər. Bəzən çox imkanlı insanlar intihar edirlər. Niyə? Çünki həyatı dərk edə bilmirlər, mənanı tapa bilmirlər".

Nuriyyə NATİQQIZI

Seçilən
46
1
redaktor.az

2Mənbələr