AZ

Zelenski: Rusiya torpağında 10 min Şimali Koreya əsgəri var

Ukrayna Prezidenti Volodymyr Zelenskyy bildirib ki, hazırda Rusiya ərazisində 10 min Şimali Koreya əsgəri var və onların müasir hibrid müharibə texnikalarını yerində öyrənməsi ciddi təhlükə yaradır.

Turkustan.az xəbər verir ki, Zelenski Yaponiyanın Kyodo News agentliyinə müsahibəsində ikitərəfli münasibətlər, Şimali Koreya hərbçilərinin Rusiyada olması və sülh danışıqları barədə fikirlərini bölüşüb. O, enerji və humanitar yardım sahələrində Yaponiya hökuməti ilə sıx koordinasiya apardıqlarını vurğulayıb, həmçinin iki ölkə arasında müdafiə əməkdaşlığında potensial olaraq yeni və tarixi mərhələnin başlaya biləcəyini qeyd edib.

Zelenski Yaponiyanın hava hücumundan müdafiə sistemləri sahəsində imkanlarına diqqət çəkərək bildirib ki, Ukrayna da öz növbəsində Qara dənizdə Rusiya donanmasına qarşı effektivliyini sübut etmiş dəniz dronları, kibertəhlükəsizlik və müasir müharibə təcrübəsi kimi sahələrdə texnologiya və təcrübə paylaşmağa hazırdır. O, Yaponiyanın Baş naziri Sanae Takaichi ilə üzbəüz görüşmək üçün onu Ukraynaya dəvət etdiyini də əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
22
turkustan.az

1Mənbələr