AZ

“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 

Paytaxtın Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə küçəsində, “Baku-Oxford School” məktəbinin qarşısında qayda pozan sürücü görüntülənib. 


Manset.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl səhər saatlarında baş verib.

Fotodan görünür ki, 90-AA-346 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü avtobus dayanacağının içərisində nəqliyyat vasitəsini park edib.

Nəticədə avtobuslar dayanacaqda kənarda saxlayaraq sərnişinləri mindirib-düşürməli olublar.

Bu həm digər sürücülərin yolunu kəsib tıxacın yaranmasına səbəb olub, həm də sərnişinlərin təhlükəsizliyini riskə atıb.

Sakinlərin iddiasına əsasən, sözügedən ərazidə demək olar ki hər gün eyni mənzərə yaşanır./Avtosfer.az

Seçilən
9
3
manset.az

4Mənbələr