“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq 31 yaşlı futbolçu ilə “Barselona” və “Atletiko” maraqlanır.
2017-ci ildən “şəhərlilər”in formasını geyinən yarımmüdafiəçi bu mövsüm 35 matçda 2 qol və 5 assistlə yadda qalıb.