AZ

Vəziyyəti ağırlaşan Mətanət vəsiyyət edib

Müğənni Mətanət Əsədova səhhətində yaranan ciddi problemlə bağlı açıqlaması ilə tamaşaçıları kövrəldib.

 

O, "Rəngarəng" verilişində qonaq olarkən yaşadığı ağır günlərdən söz açıb.

 

İfaçı bildirib ki, yüksək hərarət və təzyiq səbəbindən vəziyyəti kritik həddə çatıb:

 

"Qızdırmam 41 dərəcədən düşmürdü. Təzyiqim 180 idi, aşağısı 120. Elə vəziyyətdə idim ki, vəsiyyət etdim. Səhərə qədər yaxınlarım yanımda qalırdı".

 

Mətanət Əsədova həmçinin qeyd edib ki, qızdırmaölçənin civəsi qolunda partlayıb və bu da vəziyyətini daha da ağırlaşdırıb. Onun sözlərinə görə, ailə üzvləri həmin anları göz yaşları içində keçiriblər:

 

"Ana bildiyim bacım bir tərəfdə, qardaşım bir tərəfdə ağlayırdı. Mən onlar üçün qurban yaranmışam, onlardan ötrü ölürəm".

 

Sənətçi ailəsinin çoxsaylı olmasının onun üçün təsəlli olduğunu vurğulayıb:

 

"Nə yaxşı ki, valideynlərim bir-iki uşaqla kifayətlənməyiblər. Mən tək olsaydım, onlarsız nə edərdim?"

 

Onun bu səmimi etirafı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər müğənniyə şəfa diləyərək dəstək mesajları paylaşıblar./Milli.az/

Tarix: 20 Fevral 2026, 21:52   
Seçilən
17
pravda.az

1Mənbələr