AZ

Merz: Dünyada alman və rus zülmündən ən çox əziyyət çəkən Ukrayna xalqı olub

BAKI, 20 fevral. TELEQRAF

"Rusiya ordusunun Ukraynanın mülki əhalisinə, yaşlılara, qadınlara və uşaqlara qarşı sistematik şəkildə müharibə aparmasını heç vaxt qəbul etməyəcəyik".

Teleqraf xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz fevralın 20-də Ştutqartda keçirilən Xristian Demokrat İttifaqı ( CDU ) partiyasının qurultayında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Rusiya Ukrayna xalqına qarşı da nasist təbliğatı aparır: "Yer üzündə alman və rus zülmündən ən çox əziyyət çəkən Ukrayna xalqı olub. Dözülməz nasist təbliğatı bu gün də davam etdirilir. Almaniyanın buna qətiyyətlə qarşı çıxacaq. Tarix bizə bir şeyi öyrədir: sakitlik sülh gətirmir. Bu, yalnız təcavüzkarı cəsarətləndirir. Bu gün sadəlövh pasifizmə riayət edənlər sabahkı müharibələrə töhfə verirlər. Avropa güc dilində danışmağı öyrənməlidir".

Seçilən
4
teleqraf.com

1Mənbələr