AZ

Macarıstan Aİ-nin Ukrayna üçün nəzərdə tutduğu 90 milyard avroluq krediti bloklayıb

Macarıstan Aİ-nin Ukrayna üçün nəzərdə tutduğu 90 milyard avroluq krediti bloklayıb

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Macarıstan Avropa İttifaqı tərəfindən Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyard avro (təxminən 162 milyard manat) məbləğində krediti bloklayıb. Rəsmi Budapeşt son anda Aİ büdcəsinin zəmanəti ilə vəsaitlərin birgə borclanması barədə qərara qarşı çıxıb. Mexanizmin işə düşməsi üçün ittifaqa üzv olan bütün 27 ölkənin yekdil razılığı tələb olunur ki, Macarıstanın mövqeyi səbəbindən bu razılıq əldə edilməyib.

Sözügedən maliyyə paketi ötən ilin dekabrında Ukrayna üçün maliyyə “təhlükəsizlik yastığı” kimi razılaşdırılmışdı. O zaman Macarıstan, Slovakiya və Çexiya faizlərin və borcun qaytarılmasına görə məsuliyyət daşımamaq şərti ilə krediti dəstəkləməyə razı olmuşdular. Xərclər ittifaqın digər ölkələrinin üzərinə düşməli idi.

Nəşrin yazdığına görə, bu vəsaitlər daxil olmasa, artıq aprel ayında Ukraynanın dövlət büdcəsində kəsir yarana bilər. Bundan əlavə, Beynəlxalq Valyuta Fondunun (BVF) 8 milyard avro (təxminən 14.4 milyard manat) həcmindəki proqramı da birbaşa təhlükə altına düşüb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
1
interpress.az

2Mənbələr