AZ

Azərbaycanda sürətlə artan avtomobil parkı niyə yaşlıdır?VİDEO

Ölkədə minik avtomobillərinin sayı son bir ildə təxminən 90 min artaraq 1 milyon 676 min 80-ə çatıb. Lakin, bu artım fonunda əsas diqqət çəkən məqam avtomobillərin yaşının yüksək olmasıdır.

Dövlət Statistika Komitəsindən “Xezerxeber.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə qeydiyatda olan 735 min 378 avtomobilin yaşı 20-dən yuxarıdır. 10 ildən köhnə maşınların ümumi parkdakı payı isə 83 faizə yaxındır. Bu isə o deməkdir ki, ölkədə istismarda olan nəqliyyat vasitələrinin böyük hissəsi köhnə avtomobillərdir.

Mütəxəssislər hesab edirlər ki, avtomobil parkında yaş göstəricisinin yüksək qalmasının əsas səbəblərindən biri ictimai nəqliyyatın yetərli səviyyədə olmamasıdır.

Ekspert Ərşad Hüseynov bildirir ki, ictimai nəqliyyat güclənmədikcə insanlar köhnə avtomobillərdən imtina etməkdə tərəddüd edirlər. Digər mühüm faktor isə avtomobillərin qiymətidir. Azərbaycan bazarı idxaldan asılıdır və gömrük ödənişləri qiymətə birbaşa təsir göstərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
4
xezerxeber.az

1Mənbələr