AZ

Premyer Liqa: “Sumqayıt” - “Qəbələ” oyununda qalib müəyyənləşmədi

BAKI, 20 fevral. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXI turunun növbəti oyunu “Sumqayıt” və “Qəbələ” komandaları arasında keçirilib.

Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşdə hesab açılmayıb - 0:0.

Matçın 34-cü dəqiqəsində Qəbələ təmsilçisinin hücumçusu Adriel Ba Lua penaltidən fərqlə bilməyib.

Bu nəticədən sonra “Sumqayıt” xallarının sayını 31-ə çatdıraraq 4-cü sıraya yüksəlib. “Qəbələ” 15 xalla onuncudur.

Qeyd edək ki, turun digər oyunları fevralın 21-22-də keçiriləcək.

Seçilən
23
teleqraf.com

1Mənbələr