“Tottenhem”in hücumçusu Rişarlison karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı forvardın xidmətində “Atletiko” maraqlıdır. Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone yay transfer pəncərəsində futbolçunun keçidinə razılıq verib.
O, Rişarlisonun hücuma dinamika və aqressivlik qatacağını düşünür.
Braziliyalı oyunçu bu mövsüm 31 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə edib.