AZ

Uzun müddətdir gözlənilən hüquqi nəticə baş verdi

Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Donald Trump kütləvi tariflər tətbiq edəcəyini bəyan etdiyi ilk gündən etibarən bu siyasətin davamlı olmayacağını və gec-tez dayandırılacağını qeyd etmişəm. Çünki hesab etmişəm ki, belə genişmiqyaslı tarif yanaşması ABŞ iqtisadi maraqları baxımından uzunmüddətli perspektivdə zərərli təsirlər yaradır və institusional sistem daxilində davam etməsi mümkün deyil".Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, məsələ öz hüquqi təsdiqini tapdı:"ABŞ Ali Məhkəməsi 6 səsə qarşı 3 səslə prezidentin fövqəladə iqtisadi səlahiyyətlərə istinad edərək tətbiq etdiyi genişmiqyaslı tariflərin qanuni əsasının olmadığını müəyyən etdi və həmin qərarları qüvvədən saldı.Məhkəmə qərarında vurğulanır ki, belə miqyaslı tariflər mahiyyət etibarilə vergi xarakteri daşıyır və Konstitusiyaya görə bu səlahiyyət Konqresə məxsusdur, icra hakimiyyəti isə açıq qanunverici mandat olmadan bu addımı ata bilməz.Uzun müddətdir gözlənilən hüquqi nəticə baş verdi və tarif siyasətinin institusional məhdudiyyətləri məhkəmə qərarı ilə təsdiqləndi".Anar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
newscenter.az

2Mənbələr