Macarıstan Avropa Birliyinin Ukraynaya 90 milyard avroluq kreditini bloklayıb.
Newscenter.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti xəbər yayıb. Qəzet dörd mənbəyə istinadən məlumat yayıb ki, Macarıstanın Aİ-dəki Daimi Nümayəndəsi 20 fevralda vəsaitin ayrılmasına etiraz edib.
Qeyd edək ki, belə bir qərarın qəbul edilməsi üçün Aİ-nin bütün 27 üzv dövlətinin yekdil dəstəyi tələb olunur.
Macarıstan hələ bir müddət əvvəl Ukraynaya yardım ayrılmasına qarşı çıxacağını bəyan etmişdi.
Anar