Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İsveç millisinin üzvü, iki dəfə Olimpiya çempionu olan Frida Karlsson İtaliyadakı Olimpiya Oyunlarında 50 kilometrlik kütləvi startdan əvvəl xəstələnib.
Oxu.Az xəbər verir ki, bu barədə "Expressen" qəzeti məlumat yayıb.
Məlumata görə, xizəkçi yüngül soyuqdəymə əlamətləri səbəbindən özünü narahat hiss edib və cümə günü nəzərdə tutulan məşq prosesini ləğv etməli olub. Hazırda Karlssonun qaldığı hoteldə izolyasiya olunduğu qeyd edilir.
Qeyd edək ki, 26 yaşlı idmançı İtaliyada baş tutan 2025-ci il Oyunlarında artıq aktivinə iki qızıl medal yazdırıb. O, eyni zamanda üçqat dünya çempionu tituluna sahibdir (2019-cu ildə iki dəfə və 2025-ci ildə).
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.