AZ

“Real” “Barselona” ilə rəqib oldu – Futbolçu kimi seçəcək?

“Real” və “Barselona” Almaniya Bundesliqasında çıxış edən futbolçu uğrunda mübarizəyə başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, söhbət “Bavariya”nın hücumçusu Maykl Olisedən gedir. 24 yaşlı futbolçu karyerasını İspaniya La Liqasında davam etdirməyə müsbət yanaşır.

Olisenin klubla müqaviləsi 2029-cu ilə qədərdir. “Transfermarkt” onun dəyərini 130 milyon avro göstərir. Daha əvvəl PSJ və “Mançester Siti”nin də maraqlı olduğu yazılsa da, hələ rəsmi təklif yoxdur.

Seçilən
21
idmanxeber.az

1Mənbələr