AZ

“Yuventus” Spalettidən vaz keçmir – Yeni müqavilə təklif edilə bilər 

“Yuventus”da baş məşqçi Luçano Spalettinin taleyi mövsümün sonuna qədər müəyyənləşəcək.

İdmanxeber.az-ın məlumatına görə, 66 yaşlı mütəxəssisin müqaviləsi yayda başa çatır.
Rəhbərlik yazda onunla görüşərək əməkdaşlığın davamını müzakirə edəcək.

Turin təmsilçisi A Seriyasında mövsümü ilk dördlükdə bitirsə, Spaletti ilə yeni müqavilə imzalanacaq. Əks halda, yəni komanda Çempionlar Liqasına vəsiqə qazanmasa, yollar ayrıla bilər.

Spaletti ötən ilin oktyabrında komandaya rəhbərlik etməyə başlayıb. “Yuventus” hazırda çempionatda 5-ci pillədə qərarlaşıb.

Seçilən
7
idmanxeber.az

1Mənbələr