AZ

Koreyada gənc qadın ChatGPT vasitəsilə adamöldürmədə ittiham olunur

Bakı. Trend:

Cənubi Koreyada bir qadın iki kişinin qətlini planlaşdırmaq üçünsüni intellekt platforması “ChatGPT”dən istifadə etməkdə şübhəlibilinir.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 21 yaşlı, soyadı Kim olan qadın eyni üsuldan –dərmanları spirtli içkiyə qatmaqdan istifadə etməklə ayrı-ayrıhadisələrdə iki kişini öldürməkdə ittiham olunur.

O, fevralın 11-də saxlanılıb və ilkin olaraq ölümlə nəticələnənbədən xəsarəti yetirmə maddəsi ilə cinayət işi açılıb. Lakintelefon tarixçəsi onun mümkün nəticələrdən xəbərdar olduğunugöstərdiyi üçün ittiham sonradan qəsdən adam öldürmə maddəsinədəyişdirilib.

Seulun Qanqbuk polis idarəsi qadının mobil telefonundakıməlumatları araşdırdıqdan sonra onun ChatGPT-yə dəfələrlə beləsuallar verdiyini müəyyən edib: “Yuxu dərmanlarını spirtlə qəbuletsən nə baş verir?”

O, həmçinin yazıb: “Təhlükəli olması üçün neçə ədəd qəbul etməklazımdır?” və “Bu, kimisə öldürə bilərmi?”

“Kim ChatGPT-də dərmanlarla bağlı sualları dəfələrlə verib. O,spirtin dərmanlarla birlikdə qəbulunun ölümlə nəticələnə biləcəyinitam şəkildə anlayırdı,” – polis müstəntiqi bildirib.

Polisin sözlərinə görə, Kim əvvəllər benzodiazepin tərkiblireseptli sakitləşdirici dərmanları kişilərin içkilərinə qatdığınıetiraf edib, lakin bunun ölümə səbəb ola biləcəyini bilmədiyiniisrar edib.

Məqalədə:
Seçilən
32
2
az.trend.az

4Mənbələr