AZ

Ən az kalorili şorbalar hansılardır? -Dietoloqdan AÇIQLAMA

Dietoloq və nutrisioloq Sofya Kovanova bədən üçün faydalı və arıqlamağa kömək edən şorba növlərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, o, bu haqda aif.ru-ya danışıb.

Ekspertin fikrincə, ən az kalorili şorbalar tərəvəz şorbalarıdır. Daha doyurucu variantlar isə lobya və ya mərci şorbaları, eləcə də toyuq şorbalarıdır. Diyetoloqa görə, bu şorbalar yaxşı doydurur, çəki itirməyə kömək edir və həzm sisteminə yüklənmə yaratmır.

Eyni zamanda mütəxəssis qeyd edib ki, insan şorbalar olmadan da kifayət qədər qidalanıb sağlam qala bilər. Sofya Kovanova əlavə edib ki, şorbalar lif, zülal və suyun yaxşı mənbəyidir. Lakin orqanizm bu maddələri digər qidalar vasitəsilə də ala bilirsə, şorbaların mütləq olması zəruri deyil. Yəni şorbalar faydalıdır, amma onları yemək vacib deyil və müxtəlif qidalarla eyni qida dəyərlərini əldə etmək mümkündür.

Aytəkin TOFİQQIZI

Seçilən
34
redaktor.az

1Mənbələr