AZ

Çimərliyə girişi bağlayan Filip Kirkorova gülünc cərimə kəsildi

Rusiyanın məşhur müğənnisi Filipp Kirkorov Moskva vilayətindəki sarayının yaxınlığındakı çimərliyi bağladığı üçün 112 rubl (təxminən 2.5 manat) cərimələnib.

News365.az  xəbər verir ki, bu barədə "Mash Telegram" kanalı məlumat yayıb.

Cərimə iki hissəyə bölünüb - 86.12 rubl (təxminən 1.9 manat) və 26.82 rubl (təxminən 0.6 manat).

Mübahisə 2014-cü ildə başlayıb. Kirkorov torpağı alıb, ev, SPA, tennis kortu və hasar tikib. "Rosprirodnadzor" suya girişi bağlayan hasarı sökməsini istəsə də, bu tələb rədd edilib.

İş adamı Qleb Rıskov Kirkorova qarşı məhkəmə iddiası qaldırıb, lakin Krasnoqorsk Şəhər Məhkəməsi iddianı əsassız sayaraq Kirkorovun xeyrinə qərar verib.

Rıskov Baş Prokurorluğa göndərdiyi yeni şikayətdə Kirkorovu və qonşularını ittiham edərək, torpağın qanunsuz ələ keçirildiyini və ziyanın 689 milyon rubl (təxminən 15.2 milyon manat) olduğunu bildirib. O, sahil xəttinin bərpasını, tikililərin sökülməsini və hamının çimərliyə sərbəst girişini tələb edir.

Seçilən
7
news365.az

1Mənbələr