AZ

"ABŞ Prezidentinin toplantıya gələrkən ilk olaraq Azərbaycan lideri ilə görüşməsi onu deməyə əsas verir ki..."

"Ötən gün Azərbaycan lideri İlham Əliyevlə Amerikada keçirilən Sülh Şurası toplantısı çərçivəsində ABŞ Prezidenti Donald Trampın səmimi görüntüləri sosial şəbəkələrdə və dünya mətbuatında geniş yayılıb. Bu görüntülər, hətta simvolik jest kimi də qiymətləndirilsə, xüsusilə, Azərbaycan bu gün qlobal səviyyədə əsas oyunçulardan birinə çevrilib. Ölkəmiz artıq mühüm güc mərkəzi kimi qəbul olunur və Azərbaycan lideri dünyanın ən hegemon ölkəsi hesab edilən ABŞ-nin siyasətində diqqət mərkəzindədir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi.

"Təbii ki, sülh gündəmini irəli sürən Azərbaycan Sülh Şurası platformasında da önəmli yer tutur və məhz sülh gündəliyi ilə beynəlxalq geosiyasi vəziyyətə öz möhürünü vurur. Bununla Azərbaycan bir tərəfdən güclü dövlət olduğunu nümayiş etdirir, digər tərəfdən isə sülhə sadiqliyini göstərir. Xarici siyasətimizin mərhəmətlilik və ədalətlilik prinsipləri əsasında formalaşdırılması və bu prinsiplərin prioritet istiqamət kimi qorunması bir daha beynəlxalq ictimaiyyətə təqdim olunur", - deyə o qeyd etdi.

Millət vəkili əlavə etdi ki, Sülh Şurasında Azərbaycanın təsisçi və üzv ölkələrdən biri kimi iştirakı yeni geosiyasi reallıqda oynadığımız rola və formalaşmaqda olan yeni dünya düzənində tutduğumuz yerə də işarədir:

"Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan 44 günlük müharibədən və 2023-cü ildə Xankəndi və Qarabağın digər əraziləri üzərində suverenliyimizin tam bərpasından sonra regionda yeni geosiyasi reallıq formalaşdırıb. Status-kvo vəziyyətində qalmış və uzun illər tənzimlənməyən münaqişənin Azərbaycanın qələbəsi ilə yekunlaşması yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Məhz buna görə də Azərbaycan liderinə və ölkəmizə beynəlxalq diqqət və maraq artıb. Azərbaycan qısa zaman ərzində həm diplomatik müstəvidə, həm də hərbi-iqtisadi sahədə qarşıya qoyduğu əsas hədəflərə nail olmağı bacarıb. Bu gün Sülh Şurası çərçivəsində ABŞ Prezidenti ilə Azərbaycan liderinin birgə görüntüləri də ölkələrimiz arasında yaxın münasibətlərin və Azərbaycanın dünya siyasətində artan rolunun mesajı kimi təqdim olunur".

Xədicə BAXIŞLI

Seçilən
29
redaktor.az

1Mənbələr