AZ

Üç premyer-liqa komandası Şamaxıda oynayacaq? - qonaqlar üçün zindan olan stadionun taleyi...

"Karvan-Yevlax"ın idman direktoru Elvin Əjdərli maraqlı təkliflə çıxış edib. Klub rəsmisi bildirib ki, "İmişli"nin ev oyunlarını Yevlax şəhər stadionunda keçirməsinə razıdılar. Bunun üçün Aran təmsilçisinin rəsmi təkliflə müraciət etməsi kifayətdi. Belədə yevlaxlılar "pələnglər"ə “qucaq açacaq”, "Kəpəz" üçün yaradılan şəraitin eynisini araya-ərsəyə gətirəcəklər.

Məlumdu ki, ev oyunlarını Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirən "İmişli" ciddi çətinliklə üzləşib. Bura gələn bütün komandaların baş məşqçiləri ot örtüyünün durumundan şikayətçidi.

"Football-plus.az"ın məlumatına görə, eyni stadionda üç premyer-liqa komandasının ev oyunlarını keçirməsi mümkündü. Yəni Əsasnamədə bununla bağlı hansısa qadağa yoxdu. Xatırlayırsızsa, belə hala mövsümün əvvəlində rast gəlinmişdi. Dəqiq desək, "Şamaxı" ilə yanaşı, "İmişli" və "Karvan-Yevlax" da ev oyunlarını Şamaxı şəhər stadionunda keçirmişdi.

İş ondadı ki, "İmişli" istədiyi vaxt ev oyunlarını keçirdiyi stadionu dəyişə bilməz. Bunun üçün Peşəkar Futbol Liqasının müvafiq razılığı olmalıdı. Başqa sözlə, qurum Qubadakı idman qurğusuna yenidın baxış keçirməli, premyer-liqa oyunları üçün yararsız olduğunu bildirməli və "İmişli"nin burda meydana çıxmasını qadağan etməlidi.

Görək, mütəxəssislərin ciddi narazılığı bu yöndə hansısa addımın atılmasıyla nəticələnəcək, yoxsa qonaq komandalar mövsümün sonuna qədər belə biabırçı duruma dözməyə məhkum olacaq?

KƏNAN BAHADIR

Seçilən
7
football-plus.az

1Mənbələr