Təsadüfi insanların müğənni adlandırılaraq efirlərə çıxarılması mövzusu Azərbaycan televiziya kanallarının ən böyük problemlərindən biridir.
News365.az xəbər verir ki, əməkdar artis Elnarə Abdullayevə bu mövzuya toxunub.
Teleməkanda gördükləri ilə bağlı ürək ağrısıyla danışan müğənni deyib:
“Tik-tok”da müxtəlif hərəkətlərlə məşhurlaşan adamlara sözüm yoxdur. Öz həyatlarıdır,
özləri bilər. Lakin onları müğənni kimi efirlərdə görəndən sonra... Mənim bütün əziyyətlərimə, buralara gəlib çıxana qədər çəkdiyim əzaba heyfim gəlir. Bu televiziyaları da gözdən
salır”.
Əməkdar artist bir vaxtlar efirə çıxa bilmək üçün çəkdiyi əziyyətləri də dilə gətirib:
“Biz efirə çıxıb mahnı oxuyana qədər dərimiz qabığından çıxırdı, zülmlər çəkirdik.
Səhərdən axşama qədər ansambllarla dayanmadan məşqlər edirdik. Öz istedadımızı
göstərmək üçün bizə verilən şansdan maksimum yararlana bilmək adına əlimizdən gələni
edirdik. Efir günü çatanda da az qalırdı həyacandan ölək. Amma indi hər şey çox
rahatdır. Səsi olmayan adam da müğənni
kimi efirə çıxır, özünü sərbəst aparır, sənətkarlıqdan danışır. Onlar heç nə
itirmir. Televiziyalar itirir belə hallar artdıqca millət televiziyaya nifrət
edir. Bu kimi halların qarşısı alınmalıdır”.