AZ

Elnarə Abdullayeva od püskürdü

Təsadüfi insanların müğənni adlandırılaraq efirlərə çıxarılması mövzusu Azərbaycan televiziya kanallarının ən böyük problemlərindən biridir.

News365.az xəbər verir ki, əməkdar artis Elnarə Abdullayevə bu mövzuya toxunub. Teleməkanda gördükləri ilə bağlı ürək ağrısıyla danışan müğənni deyib:

“Tik-tok”da müxtəlif hərəkətlərlə məşhurlaşan adamlara sözüm yoxdur. Öz həyatlarıdır, özləri bilər. Lakin onları müğənni kimi efirlərdə görəndən sonra... Mənim bütün əziyyətlərimə, buralara gəlib çıxana qədər çəkdiyim əzaba heyfim gəlir.
Bu televiziyaları da gözdən salır”.

Əməkdar artist bir vaxtlar efirə çıxa bilmək üçün çəkdiyi əziyyətləri də dilə gətirib:

“Biz efirə çıxıb mahnı oxuyana qədər dərimiz qabığından çıxırdı, zülmlər çəkirdik. Səhərdən axşama qədər ansambllarla dayanmadan məşqlər edirdik. Öz istedadımızı göstərmək üçün bizə verilən şansdan maksimum yararlana bilmək adına əlimizdən gələni edirdik. Efir günü çatanda da az qalırdı həyacandan ölək. Amma indi hər şey çox rahatdır.  Səsi olmayan adam da müğənni kimi efirə çıxır, özünü sərbəst aparır, sənətkarlıqdan danışır. Onlar heç nə itirmir. Televiziyalar itirir belə hallar artdıqca millət televiziyaya nifrət edir. Bu kimi halların qarşısı alınmalıdır”.

Seçilən
4
news365.az

1Mənbələr