AZ

BƏƏ-də saxlanılan şəxsin dəstə üzvü olduğu məlum olub

Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana  ekstradisiya edilən şəxsin 4 milyon manatdan artıq dəyərdə qızıl qaçaqmalçılığında təqsirləndirilən dəstənin daha bir üzvü olduğu məlum olub.

Hafta.az bildirir ki, Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaq olunan cinayət işi üzrə Səmədzadə Tural Akif oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib. O, 2024-cü ildə Birləşmiş Ərəb Əmirliklərində müəyyən edilərək həbs edilib.

“Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında ekstradisiya haqqında” 20 noyabr 2006-cı il tarixli Müqaviləyə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Səmədzadə Tural Akif oğlunun ekstradisiyası haqqında ölkəmizin vəsatəti Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təmin edilib.

Təqsirləndirilən şəxs bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən ölkəmizə gətirilib.

Seçilən
11
1
hafta.az

3Mənbələr