AZ

Birinci Qarabağ müharibəsinin şəhidi Şəmkirdə dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Məmmədov Yolçu Sarı oğlu Şəmkir şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Sonra şəhidin nəşinin qalıqları Şəmkir şəhərindəki Şəhidlər xiyabanına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Yolçu Məmmədovun qəhrəmanlığından söz açılıb, əziz xatirəsinin heç zaman unudulmayacağı vurğulanıb.

Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb. Tabutun üzərinə örtülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin oğluna verilib.

Qeyd edək ki, Məmmədov Yolçu Sarı oğlu 1966-cı il martın 8-də Şəmkir rayonunun Seyfəli kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsində iştirak edib, 1992-ci ilin iyununda Ağdərə rayonunun Sırxavənd kəndində ağır döyüşlər zamanı itkin düşüb. Nəşinin qalıqları kənd Azərbaycan Ordusunun nəzarətinə keçdikdən sonra aşkarlanıb, aparılan müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.

Seçilən
3
2
azerbaijan-news.az

3Mənbələr