AZ

Azərbaycan çempionatında medal görüşləri başlayır

style='margin-bottom:10px;'>

Bu gün şahmat üzrə Azərbaycan çempionatında medallar uğrunda görüşlərə start veriləcək.

QOL.az-ın məlumatına görə, kişilərin yarışında çempionluğun taleyi Məhəmməd Muradlı və Şəhriyar Məmmədyarov arasındakı mübarizədə həll olunacaq.

Üçüncü yer uğrunda dueldə Read Səmədovla Aydın Süleymanlı yarışacaq.

Qadınların finalında Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva qarşılaşacaq. Bürünc medal uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovaya rəqib olub.

Şahmatçılar arasında cavab görüşləri sabah keçiriləcək.  Ölkə çempionatının bağlanış mərasimi isə bazar günü təşkil olunacaq.

Seçilən
59
11
teleqraf.com

10Mənbələr