AZ

“Lans” yenidən zirvəni ələ keçirdi - İCMAL

22-ci turdan sonra lider dəyişdi.

"Football-plus.az" xəbər verir ki, səfərdə “Renn”ə 1:3 uduzan PSJ zirvəni “Paris”in qapısından 5 cavabsız top keçirən “Lans”a təhvil verdi. 3-cü pillədə isə bütün turnirlər çərçivəsində ardıcıl 13-cü qələbəsini qazanan “Lion” qərarlaşıb. Fransa futbolunun nəhənglərindən “Marsel” növbəti dəfə xal itirdi, “Monako” “Nant”a qalib gəldi. “Lill” ilə “Brest” qalibi müəyyənləşdirə bilmədi – 1:1. “Havr” “Tuluza”nın, “Loryan” “Anje”nin müqavimətini qırdı. “Mets” “doğma divarlar” arasında “Oser”ə uduzdu.

22-ci tur
Renn – PSJ 3:1

Əl-Tamari, 34. Lepol, 69. Embolo, 81 – Dembele, 72. (28545)
PSJ: Safonov, Hakimi, Zabarnı, Paço, Mendeş, Vitinya, Zair-Emeri, Neveş (Fernandes, 72), Due (Barkolya, 60), Dembele (Ramuş, 74), Kvaratsxeliya (Li Kan İn, 60).

Marsel – Strasbur 2:2
Qrinvud, 14. Quiri, 47 – Nanasi, 74. Paniçelli, 90+6. (59238)
Marsel: Rulyi, Vea, Pavar, Agerd, Emerson, Höybyerq, Nadir (Abdelli, 71), Qrinvud, Timber, Quiri (Medina, 86), Obameyanq (Payşao, 71).

Monako – Nant 3:1
Adinqra, 25; 28. Zakariya, 30 – Sentonz, 45+1. (5237)

Paris – Lans 0:5
Said, 24; 38. Toven, 58-p. Fofana, 90; 90+5. (17536)

Havr – Tuluza 2:1
Sumare, 43; 53 – Sidibe, 45+3. (18345)

Lill – Brest 1:1
Perren, 71 – Labo, 58. (44145)

Loryan – Anje 2:0
Paji, 9. Makenqo, 58. (13720)

Mets – Oser 1:3
Mbala, 90+4 – Sane, 4-öz qapısına. Sinayoko, 76. Danua, 89. (22931)

Lion – Nitsa 2:0
Tolisso, 45+1. Narti, 65. (48618)

1. Lans 22 17 1 4 42-17 52
2. PSJ 22 16 3 3 49-19 51
3. Lion 22 14 3 5 37-20 45
4. Marsel 22 12 4 6 48-29 40
5. Lill 22 10 4 8 35-31 34
6. Renn 22 9 7 6 34-35 34
7. Strasbur 22 9 4 9 36-29 31
8. Monako 22 9 4 9 35-34 31
9. Loryan 22 8 7 7 29-33 31
10. Tuluza 22 8 6 8 32-26 30
11. Anje 22 8 5 9 22-27 29
12. Brest 22 7 6 9 29-34 27
13. Havr 22 6 8 8 20-27 26
14. Nitsa 22 6 5 11 27-40 23
15. Paris 22 5 7 10 26-39 22
16. Oser 22 4 5 13 17-30 17
17. Nant 22 3 5 14 20-40 14
18. Mets 22 3 4 15 22-49 13

Bombardirlər: Qrinvud (Marsel) – 14, Paniçelli (Strasbur) - 12, Lepol (Renn) – 11, Said (Lans) - 10.

Növbəti turun oyunları fevralın 20-22-si aralığında keçiriləcək: Brest – Marsel, Lans – Monako, Tuluza – Paris, PSJ – Mets, Oser – Renn, Anje – Lill, Nant – Havr, Nitsa – Loryan, Strasbur – Lion.

Turun rəqəmi
3 – üç qol buraxan PSJ həm də mövsümdə 3-cü dəfə uduzdu. Buna qədər sentyabrın 22-də “Marsel”ə (0:1), noyabrın 29-da isə “Monako”ya (0:1) uduzan paytaxt klubunun cari mövsümdə artıq üç məğlubiyyəti var. Halbuki PSJ həm 2023/24, həm də 2024/25 mövsümündə cəmi iki dəfə uduzmuşdu.

Turun ulduzu
Uesli Said (Lans) – təcrübəli hücumçu “Paris” üzərindəki darmadağının əsasını qoydu. İndiyə qədər heç vaxt bir mövsümdə 10 qol vura bilməmişdi. Bombardirlər sıyahısında da liderlərdən biridi.

Turun sitatı
Usman Dembele (PSJ):
“Meydanda hamımız özümüz üçün oynasaq, bu iş alınmayacaq və istədiyimiz titulları qazana bilməyəcəyik. Ötən mövsüm klubu hər şeydən, özümüzdən də yüksək tuturduq. Əvvəlcə həmin yanaşmanı qaytarmaq lazımdı. Mövsümün ikinci yarısı gedir. İlk yerdə PSJ dayanmalıdı, ayrı-ayrı oyunçular yox”.
Seçilən
15
football-plus.az

1Mənbələr