AZ

Ermənistan da Cənub Qaz Dəhlizi Məşvərət Şurası layihələrinin bir hissəsi ola bilər - Bayraktar

Bakı. Trend:

Mart ayının əvvəlində keçiriləcək Cənub Qaz Dəhlizi MəşvərətŞurası çərçivəsində layihəni növbəti mərhələyə keçirməyihədəfləyirik. Bu prosesin bir hissəsi Ermənistan ola bilərmi?Əlbəttə, mümkündür.

Trend xəbər verirki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri AlparslanBayraktar deyib bildirib.

“Biz bu kontekstdə normallaşmanı dəstəkləyirik və normallaşmadedikdə, əslində iqtisadi münasibətlərin də normallaşmasını nəzərdətuturuq. Qeyd etdiyiniz kimi, enerji sahəsində də əməkdaşlığıgenişləndirə bilərik. Bu istiqamətdə yaxşı imkanlar mövcuddur. Ümidedirəm ki, bu proses hər kəs üçün faydalı şəkildə davam edəcək”, –deyə o bildirib.

Türkiyəli nazir eyni zamanda Azərbaycanın Türkiyənin qaztədarükündə oynadığı rolu vurğulayıb.

“Azərbaycan bizim, təbii ki, çox mühüm enerji tərəfdaşımızdır.Türkiyədə bir çox sahələrdə, xüsusilə enerji sektorundainvestisiyalar həyata keçirilir, birlikdə icra etdiyimiz vəreallaşdırdığımız layihələr mövcuddur. Təbii qaz bizim üçün sondərəcə önəmlidir, çünki ondan həm elektrik enerjisininistehsalında, həm məişətdə, həm də sənayedə istifadə edirik vəAzərbaycan, eləcə də SOCAR uzun illərdir bizim üçün çox əhəmiyyətlitəchizatçıdır; aramızda boru kəmərləri mövcuddur. İmzalanmış busaziş 2030-cu ildən sonra da münasibətlərin və ticarətindavamlılığını təmin edəcək.

Ölkəmiz öz qazını istehsal edir, Qara dənizdə genişmiqyaslıişlər aparılır, lakin buna baxmayaraq, ümumi tələbatımız yüksəkolaraq qalır. Bu səbəbdən ehtiyacımızın bir hissəsini, əldə edəbildiyimiz həcmi növbəti 15 il ərzində Azərbaycandan alacağıq. Bubaxımdan sənəd xüsusi əhəmiyyət kəsb edir”,- deyə nazirbildirib.

Məqalədə:
Seçilən
8
az.trend.az

1Mənbələr