JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Ədliyyə naziri Fərid Əhmədov Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Eyyub Fətəliyev və Rüfət Məmmədxanlı ilə Mentorluq Proqramının başa çatması münasibətilə növbəti dəfə görüşüb.Görüş zamanı müsabiqə qaliblərinin fərdi inkişaf planları çərçivəsində görülmüş işlər, əldə olunmuş nəticələr, eyni zamanda, idarəçilik bacarıqlarının inkişafı, strateji baxışın formalaşdırılması və müasir çağırışlar fonunda dövlət idarəetməsində çevik qərarvermə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Qaliblər proqram çərçivəsində keçirilən görüşlərin onların həm nəzəri biliklərinin möhkəmlənməsinə, həm də real idarəçilik mühitini yaxından öyrənmələrinə mühüm töhfə verdiyini bildirib, göstərilən dəstək və tövsiyələr üçün təşəkkürlərini ifadə ediblər.Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib.Növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.
JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX