AZ

Energetika naziri Qubada vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Quba rayon Heydər ƏliyevMərkəzində vətəndaşları qəbul edib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbulda vətəndaşların elektrik enerjisi və təbiiqaz təchizatı, küçə işıqlandırılması, qeyri-yaşayış obyektininqazlaşdırılması, elektrik dirəklərinin yerinin dəyişdirilməsi,mühafizə zonaları, sayğacların quraşdırılması, elektriktəsərrüfatının yenilənməsi, elektrik enerjisi və qazdan istifadəyəgörə borcun yaranması, elektrik enerjisinin keyfiyyəti, elektrikqurğu və avadanlıqlarının istismar vəziyyəti, işlə təminat və digərməsələlərə dair müraciətləri dinlənilib.

Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildəaraşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlarverilib.

Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı iləkeçirilmiş qəbulda Quba, Qusar və Xaçmaz rayonlarından olan 43vətəndaş iştirak edib.

Energetika
Energetika
Energetika
Məqalədə:
Seçilən
21
4
az.trend.az

7Mənbələr