AZ

Hockinson dünya rekordunu yenilədi

Britaniyalı yüngül atlet Kili Hockinson Fransanın Lyeven şəhərində keçirilən "World Athletics Indoor Tour Gold" seriyasında 800 metr məsafəyə qaçışda yeni dünya rekorduna imza atıb.

Fanat.Az "World Athletics"in rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı olimpiya çempionu qısa trek üzrə məsafəni 1:54.87 saniyəyə qət edib.

O, sloveniyalı İolanda Çeplakın 2002-ci il martın 3-də müəyyənləşdirdiyi öncəki rekordu 0,95 saniyə yeniləyib.

Seçilən
25
fanat.az

1Mənbələr