AZ

Azərbaycanda təbii qaz hasilatı artıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda 4,274 milyard kubmetr təbiiqaz (qaz kondensatı daxil olmaqla) hasil edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, hasilat həcmi ötən ilin eyni dövrü ilə müqayisədə295 milyon kubmetr və ya 7,4 faiz çox olub.

Ötən ilin yanvar ayında təbii qaz hasilatı 3,979 milyard kubmetrtəşkil edib.

Hesabat dövründə 3,382 milyard kubmetr əmtəəlik təbii qaz hasilolunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 270 milyonkubmetr və ya 8,7 faiz çoxdur.

Ötən ilin yanvar ayında 3,112 milyard kubmetr əmtəəlik təbii qazhasil edilmişdi.

Ümumilikdə, hesabat ayında ölkənin mədənçıxarma sənayesindəistehsalın ümumi dəyəri 2,7 milyard manat olmaqla, əvvəlki ilinmüvafiq ayına nisbətən 2,4 faiz artıb.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 2,2 milyon ton,əmtəəlik təbii qaz hasilatı isə 3,4 milyard kub metr təşkil edib.Əmtəəlik neft hasilatı əvvəlki illə müqayisədə 2,3 faiz azalıb,əmtəəlik qaz hasilatı isə 8,7 faiz artıb.

Seçilən
19
4
az.trend.az

6Mənbələr