AZ

Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini razılaşdıra bilmədi

BAKI, 20 fevral. TELEQRAF

Avropa İttifaqı (Aİ) fevralın 23-də Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləməyə hələ də ümid edir.

Teleqraf xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Krakovda E5 formatında keçirilən görüşdə çıxışı zamanı deyib.

"Biz növbəti bazar ertəsi Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul etmək niyyətindəyik", - o deyib.

Qeyd edək ki, fevralın 23-də Brüsseldə Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Seçilən
15
teleqraf.com

1Mənbələr