ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Evin sosial media səhifəsində dünən Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edib.
"Unikal" xəbər verir ki, Ağ Evin paylaşdığı tarixi fotolar arasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın əl sıxışdığı foto da var idi.
"Sülhdən vacib heç nə yoxdur. Bugünkü görüş sübut edir ki, qətiyyətli liderliklə hər şey mümkündür. Mən vəzifəyə başlayanda Qəzzadakı müharibə qızışırdı... Qəzzadakı müharibə bitdi", - deyə Ağ Ev ABŞ Prezidenti Donald Trampın sözlərini sitat gətirib.