AZ

Polşada insan alveri şəbəkəsi ifşa olundu

Polşanın Sərhəd Xidməti insan alveri işi üzrə səkkiz şübhəlini həbs edib.

Azreform.info xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Bildirilir ki, 2024-cü ildən hüquq-mühafizə orqanları 12 nəfərdən ibarət cinayətkar dəstəni araşdırır. Qrupa Ukrayna və Polşa vətəndaşları rəhbərlik edib. Onlar Polşada və xaricdə qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə insan alveri də daxil olmaqla müxtəlif cinayətlər törədiblər.

Dəstə əsasən Latın Amerikasından olan insanları aldadaraq Polşaya işləməyə gətirir, daha sonra isə onları məcburi əməyə cəlb edirdi. Şübhəlilər qurbanları öz ölkələrində iş vədi ilə cəlb edir, sonra isə Aİ-dən kənarda qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə Polşaya yönləndirirdilər. Araşdırılan dövrdə təxminən 2 min əcnəbi bu sxemlə ölkəyə gətirilib.

Fevral ayında hüquq-mühafizə orqanları Pomorsk voyevodalığında evlərdə və ofislərdə axtarış aparıb. Nəticədə ümumi dəyəri 3,6 milyon zlotı (təxminən 852 min avro) olan nağd pul, qızıl, sikkə və zinət əşyaları müsadirə edilib.

Həbs olunan səkkiz nəfəri 3 ildən 20 ilə qədər həbs cəzası gözləyir.

Həmidə İbrahimova

Seçilən
15
2
azreform.info

3Mənbələr