AZ

ABŞ Meksikanın məşhur kurortuna və onlarla şirkətə sanksiya tətbiq etdi

ABŞ Meksikanın məşhur kurortuna və onlarla şirkətə sanksiya tətbiq etdi

ABŞ Dövlət Departamenti Meksikanın "Kovay Gardens" kurort qəsəbəsinə, bu ölkənin 5 vətəndaşına və 17 şirkətinə qarşı sanksiyalar tətbiq edib. AFN.az-ın xəbərinə görə, 1urumun rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir ki, sözügedən məhdudiyyətlərə səbəb həmin şəxs və qurumların dələduzluq sxemlərində iştirakı və "Cártel de Jalisco Nueva Generación" narkokartelinin fəaliyyəti ilə əlaqəli olmalarıdır.

Sanksiya siyahısına düşən "Kovay Gardens" kurortu müştərilərinə "taymşer" sistemi, yəni daşınmaz əmlakdan ilin müəyyən dövrlərində istifadə hüququ təklif edir. ABŞ rəsmilərinin qənaətinə görə, bu şirkətlər və fiziki şəxslər Amerika vətəndaşlarına qarşı yönəlmiş genişmiqyaslı fırıldaqçılıq əməliyyatlarında və kartelin digər cinayətlərində birbaşa rol oynayıblar.

Qeyd edək ki, "Cártel de Jalisco Nueva Generación" qruplaşması hələ 2025-ci ildə ABŞ tərəfindən xarici terror təşkilatları siyahısına daxil edilib. Hazırkı sanksiyalar qanunsuz maliyyə dövriyyəsinin qarşısını almaq və cinayətkar şəbəkələrin gəlir mənbələrini kəsmək məqsədi daşıyır.

Seçilən
3
afn.az

1Mənbələr