Vyetnamın dağlıq bir kəndində yaşayan 84 yaşlı Tay Nqok tibb dünyasını heyrətə salıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb 64 il ərzində onun bir dəqiqə belə yata bilməməsidir.
Belə ki, 1942-ci ildə doğulan Tay 20 yaşından bəri heç cür yuxuya gedə bilmir.
Tay Nqokun başına gələnlər dünya mətbuatında manşetlərə çıxdıqda bir çox yerli və xarici alim Vyetnama axın edib.
Beyin müayinələrinin (EEG) nəticələri həkimləri şoka salıb. Normal bir insanın beyni yuxusuzluğun üçüncü günündə halüsinasiyalar yaratmağa və funksiyasını itirməyə başlasa da, Nqokun beyninin "yuxu" ehtiyacını tamamilə sildiyi üzə çıxıb.
Mütəxəssislər onun beyninin talamus və hipotalamus bölgələrinin tamamilə fərqli bir iş prinsipinə keçdiyini aşkarlayıb.
Ətrafındakılar bunu "qeyri-mümkün", tibb dünyası isə bunu "möcüzə" adlandırır.
İnsanların əksəriyyəti 24 saatlıq yuxusuzluqdan sonra yorğunlaşsa da, Ngoc gündüzlər tarlalarında işləyir, gecələr kəndi qoruyur və ya səbət toxuyur.
Orqan çatışmazlığı və ya zehni geriləmə əlamətləri göstərməyən yaşlı kişi deyir: "Yata bilməmək məni narahat etmir, sadəcə bəzən çox boş vaxtım olduğu üçün darıxıram".
11 min dən çox yuxusuz gecəyə baxmayaraq, Nqokun sağlamlığı taamilə qaydasındadır.
Elmi ictimaiyyət iki yerə bölünüb. Bəzi mütəxəssislər Nqokun əslində "mikroyuxu" (beynin gözləri açıq ikən saniyələr istirahət etdiyi dövr) yaşadığını iddia edirlər, digərləri isə bunun tarixin ən nadir genetik mutasiyalarından biri olduğuna inanırlar. Lakin Nqok həyatında heç vaxt uzanıb istirahət etmək ehtiyacı hiss etmədiyini bildirərək bu nəzəriyyələri təkzib edir.
Tay Nqok bu gün də sağdır və hələ də yatmır. Alimlər gələcəkdə onun beynindən götürülmüş məlumatlardan istifadə edərək yuxusuzluğa həll yolu tapmağa ümid edirlər.
"Yuxu orucu" rekorduna sahib olan Nqok artıq tibb dərsliklərinə "heç vaxt yatmayan adam" kimi daxil olub.
Billurə
