İstintaq, keçmiş şahzadənin amerikalı maliyyəçi Ceffri Epşteynin istintaqı çərçivəsində onun fevralın 19-da həbs olunmasından sonra başlayıb. Endryunun Epşteynlə əlaqələri ilə bağlı qalmaqaldan sonra Kral III Çarlz Endryunu titul və şərəflərindən məhrum etmək və kral iqamətgahından çıxarmaq qərarını verib.
![]() |
| Donald Tramp:“Endryunun həbsi rüsvayçılıqdır” |
Xatırladaq ki, fevralın 19-da Böyük Britaniya polisi Endryunu saxlasa da, onun adı rəsmi olaraq açıqlanmayıb. Keçmiş şahzadə təxminən 12 saat sonra sərbəst buraxılıb.
Böyük Britaniya Kralı III Çarlz hadisədən “dərin narahatlıq”la xəbər tutduğunu və prosedurlar başa çatana qədər vəziyyətlə bağlı şərh verməyi mümkün saymadığını bildirib.
Yeri gəlmişkən, ABŞ prezidenti Donald Tramp Endryu Mauntbetten-Vindzorun həbsini Böyük Britaniyanın kral ailəsi üçün “rüsvayçılıq” və “pis hadisə” adlandırıb.
Sahil İsgəndərov
AzVision.az
