AZ

“Ermənistanda seçicilər artıq radikal şüarlara maraq göstərmir” - Ülviyyə Zülfiqar

"Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca daxili siyasi mühitin gərginləşməsi gözlənilən prosesdir. Rusiyada geniş biznes maraqları olan erməni əsilli iş adamı Artur Karapetyanın partiya təsis etməsi isə seçki mənzərəsinə yeni element əlavə etmiş ola bilər. Lakin Ermənistan cəmiyyətində “kənar təsir” amilinə qarşı həssaslıq formalaşıb və Rusiya ilə açıq bağlantı seçicilərdə əsasən əks reaksiya doğurur. Xalq Rusiyadakı qüvvələr tərəfindən idarə olunan və onları fəlakətlərə sürükləyən milyarder zəncirindən cana doyub".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Qeyd edək ki, Ermənistanda parlament seçkilərinə yaxınlaşdıqca siyasi gərginlik yüksəlir. Ölkədə ictimai müzakirələr Baş nazir Nikol Paşinyanın gələcək siyasi taleyi ətrafında yoğunlaşıb. Mühafizəkar müxalifət qüvvələri isə Paşinyana qarşı vahid koalisiya qurmaq imkanlarını nəzərdən keçirir ki, bu da Ermənistanın gələcək siyasi istiqamətinə əhəmiyyətli təsir göstərə bilər. Paralel olaraq, Rusiyada böyük biznes maraqları olan erməni əsilli iş adamı Artur Karapetyanın partiya təsis etməsi və siyasi fəaliyyətinin yenidən gündəmə gəlməsi diqqət çəkir.

Siyasi şərhçi qeyd edib ki, xüsusilə də indi bölgədə nəqliyyat dəhlizlərinin açılmaqda olduğu, daşınmaların həyata keçirildiyi və rifahın ilkin sədalarının eşidildiyi bir dövrdə geriyə, bu qüvvələrin ambisiyaları ucbatından miskin yoxsulluğa düçar olmağa, qayıtmağa həvəsli görünmürlər.

Seçilən
19
aznews.az

1Mənbələr