AZ

Fatma Mahmudovanı müdafiə etdi - "Sizə nifrət edirəm"

Xəbər verdiyimiz kimi, Xalq artisti Fatma Mahmudova qızı Nigar Tofiqızı ilə bağlı "Tarkan oxumağı qızımdan öyrənsin" açıqlamasıyla gündəmə gəlib. 

Ölkə.az xəbər verir ki, aktrisanın bu açıqlamasına müğənni Nadir Qafarzadə münasibət bildirib. O, video yayımlayaraq, aktrisanı lağa qoyanları pisləyib:

"Fatma xanım yaşlıdır, bu yaxınlarda ağır xəstəlik keçirib. Sənətkardır, qarabağlıdır, ona böyük hörmətim var. Ola bilər yaşlanıb, yaxşı insandır. Efirdə deyib ki, qızım Tarkandan yaxşı oxuyub. Nə olsun? Tarkan sizin üçün böyükdür, çünki böyük ölkənin ifaçısıdır. Bizdə heç vaxt birlik olmayacaq. Birlik olsaydı, ona yazılan elə ələsalma mesajları olmazdı. Nifrət edirəm bunlara. Kökü olan insanlar belə etməz. Köklü insanlar xalqı pis olsa da, onları ayağa verməz. Fatma xanım Mahmudova, sizi sevirəm. Xalq artisti, böyük sənətkarsınız".

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu isə bu açıqlamaya lağ edib. O, F.Mahmudova ilə bağlı paylaşıma Tarkanı işarələyərək "Təcili açıqlama ver" şərhini yazıb.  (milli.az)

Seçilən
21
olke.az

1Mənbələr