AZ

Politoloq: "Legitim dövlətin legitim Liderinə qarşı edilən təxribat cəhdinə qarşı sərt addımlar atılmalıdır"

“Cənab Prezident İlham Əliyev Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanıdır. Cənab Prezident İlham Əliyev Azərbaycanın hüdudlarından kənarda beynəlxalq platformalarda Azərbaycan xalqının haqlı səsinin haqq səsidir. Cənab Pezident İlham Əliyev Azərbaycan şəhidinin, xalqının qanının daşıyıcısı olan bir xalqın ən ali nümayəndəsidir. Vaşinqtonda keçirilən Sülh Sammitində dövlət başçımızın iştirakı Azərbaycan xalqının səsinin, ününün, harayının, nüfuzunun okeanın o tərəfindən gəlməsi demək idi. Çünki illər ərzində Xocalı harayını, Xocalı hayqırtısını bütün dünyaya eşitdirmək üçün çalışırdıq. Bu istiqamətdə bütün resurslarımızı səfərbər etmişdik. Məhz Azərbaycan dövlətini guya öz ağıllarınca tənqid etmək istədikləri məsələlərə deyil, resurslarımızı ordumuza, nüfuzumuzun möhkəmlənməsinə sərf etmişdik. Bəli! Dövlət başçımız dəfələrlə deyib ki, reallıqlar bizdən müdafiə xərclərimizi yüksək tutmağı tələb edir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

 

Onun sözlərinə görə, Azərbaycan Zəfər əldə edibsə, Azərbaycan şəhidinin qanını yerdə qoymayıbsa, bu, illərlə aparılan məqsədyönlü siyasətin nəticəsidir: “Cənab Prezident İlham Əliyev gecəsini gündüzünə qataraq Azərbaycanın ərazi bütövlüyü və tam suverenliyini bərpa etmiş liderdir. Cənab Prezident İlham Əliyev əli azərbaycanlıların qanına bulaşmış cinayətkarlara layiqli cəzasını verən tarixi liderdir. İndi sual olunur ki, siz kimi və nəyi müdafiə edirsiniz? Nə qoyub, nə axtarırsınız? Cənab Prezident İlham Əliyev sadəcə Azərbaycanda deyil, dünyada ədalətin bərqərar olunmasına çalışan liderdir. Haqq tərəzisinin yanlış işlədiyi bir dünyaya düzgünlük mexanizmi gətirən, Azərbaycanı nümunəvi dövlət, ölkə, xalq edən liderdir. Bu baxımdan Vaşinqtonda Müzəffər Liderimizə uzanmağa cəhd göstərən əllər, onu çirkləndirməyə cəhd edən bəyanatlar Azərbaycan xalqına qarşı vurulmağa, atılmağa çalışılan ləkədir. Heç kim yox, məhz uca xalq da bu məsələyə göstərdiyi reaksiya ilə onu götürdü və ünvanına geri göndərdi”.

 

Ş.Həsənova qeyd edib ki, Azərbaycan Lideri sərhədlərdən kənarda bayrağı, himni, gerbi təmsil edir: “Həmin bu atributları şəhidlərimiz öz qanları və canları bahasına ali mərtəbədə tutublar. Anti-milli ünsürlərin bu hərəkətinə və hərəkatına, qeyri-əxlaqı aksiyasına təsadüfi deyil ki, ilk reaksiya ANCA təşkilatından gəldi. Azərbaycanın düşməni olan Frank Pallone təxribatçıların tərəfini tutdu. Deməli, həmin bu qruplaşma Azərbaycanın düşmənlərinin dəyirmanını fırladır. Pallone Xocalını inkar edən bir insandır. Azərbaycan torpaqlarının işğal altında saxlanılmasına çağıran bir ünsürdür. Anti-milli ünsürlər də bu ünsürlərin dəstəkçisidir. Alət olduqlarından Azərbaycan xalqının harayının deyil, onların haqlarının müdafiəçisidirlər. Bu insanların Azərbaycanda sosial dayağı yoxdur. Bütün xalq kimin kim olduğunu çox gözəl bilir. Azərbaycan xalqı bu işdə də dövlət başçısının yanındadır və bu kimi əməlləri, onların özünü ən axırıncı yola qoymasını çox mənfi dəyərləndirir və xalqımız bu qruplaşmaları əlinin tərsi ilə geri çevirir. Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşları yüksək peşəkarlıq göstərərək onların cəhdlərinin dərhal qarşısını aldı. Bu, xüsusi xidmət orqanlarımızın peşəkarlıqla təşkil və koordinasiya olunmasından, istənilən təxribata hazırlıqlı vəziyyətdə dayanmasından xəbər verir. Azərbaycan dövləti ABŞ-nin sərhədləri daxilində idi. Şübhəsiz ki, dövlət başçımızın həyat təhlükəsizliyindən həm də ABŞ məsuliyyət daşıyırdı. Təsəvvür etmək çətin olmaz ki, təxribatın ssenarisi fərqli şəkildə davam etsə idi, bu, hansı nəticələrə gətirib çıxarda bilərdi. Məqsədlərdən biri də bu idi axı… Bu baxımdan təqdirəlayiqdir ki, ABŞ polisi də həmin bu təxribatçıların qarşısının alınmasında iştirak etdi. Legitim dövlətin legitim Liderinə qarşı edilən bu cəhdə qarşı sərt addımlar atılmalıdır, reaksiyanı belə yumşaq verib boşluq yaratmaq qəti olmaz”.

 

Şəhanə Quliyeva

Tarix: 20 Fevral 2026, 17:03   
Seçilən
7
1
pravda.az

2Mənbələr