AZ

Əraqçi misirli həmkarını ABŞ ilə aparılan danışıqlar barədə məlumatlandırıb

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran xarici işlər naziri Abbas Əraqçi misirli həmkarı Bədr Abdel Ati ilə telefonla danışıb.

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) "X"dəki hesabında məlumat yayılıb.

Tərəflər regional və beynəlxalq hadisələr barəsində fikir mübadiləsi aparıblar.

A.Əraqçi nüvə məsələsi ilə bağlı İranın mövqeyini ətraflı şəkildə izah edib və misirli həmkarını Cenevrədə ABŞ ilə keçirilən son görüş barədə məlumatlandırıb.

Misirin XİN rəhbəri davam edən diplomatik prosesə dəstəyini ifadə edib və hər iki tərəf üçün məqbul olan çərçivəyə nail olmaq məqsədilə məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
2
cebheinfo.az

3Mənbələr