AZ

“Toyuqlar öz həyətimdəndir, əliboş gəlim?!” – Azərbaycanlı qadın gündəm oldu – Video

Türkiyənin Sabiha Gökçen Beynəlxalq Hava Limanında maraqlı hadisə yaşanıb.

Vətəninfo.az  xəbər verir ki, gömrük yoxlaması zamanı saxlanılan azərbaycanlı qadına məxsus çamadandan 2 qutu paxlava, dondurulmuş toyuq  və fərqli çeşiddə yeməklər aşkarlanıb.

Bu zaman təamları uşaqları üçün gətirdiyini bildirən qadın həmçinin gömrük işçilərinə də paxlava təklif edib. Yeməklərin sərhəddən keçirilməsinin qadağan olduğunu söyləyən əməkdaşa o cavabında deyib: “Toyuqlar öz həyətimdəndir. Yeməklərin hamısını özüm hazırlamışam. Bunlar uşaqlarım üçündür. Nə edim? Oradan bura əliboş gəlim?!”

DMAX kanalında “Gümrük muhafaza Türkiye” adlı layihə çərçivəsində yayımlanan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

Seçilən
1
veteninfo.az

1Mənbələr