AZ

Hindistandan Rusiyaya öldürücü zərbə

ABŞ-ın Rusiya neftinin alışını azaltmaq üçün təzyiqi fonunda Hindistan Səudiyyə Ərəbistanından son altı ildə ən böyük həcmdə neft idxal etməyə hazırlaşır.

Fransanın “Kpler” neft şirkətinin baş analitiki Sumit Ritolianın sözlərinə görə, tədarük gündə 1-1,1 milyon barelə qədər artacaq və- bu, 2019-cu ilin noyabr ayından bəri ən yüksək səviyyədir. “Kpler”in sözlərinə görə, bu, ümumiyyətlə, Rusiyadan gələn tədarük həcmləri ilə uyğun gəlir.
Eyni zamanda, jurnalistlər qeyd edirlər ki, Rusiya fevral ayında Hindistanın ən böyük neft tədarükçüsü olaraq qala bilər. Nəşr xatırladır ki, “Kpler” analitikləri bu ay Yeni Dehliyə Rusiya neftinin tədarükünün gündə 1,2 milyon barelə çata biləcəyini proqnozlaşdırmışdılar, lakin “tədarük həcmlərinin daha da azalacağı gözlənilir”.Mart ayında Rusiyadan idxalın daha da azalacağı, gündə 800.000 – 1 milyon barel arasında olacağı gözlənilir. Jurnalistlər əlavə edirlər ki, “Avropa Birliyi tərəfindən sanksiyaların tətbiqindən sonra tamamilə Rusiya neftindən asılı olan “Nayara Energy Ltd”yə məxsus neft emalı zavodunda aprel və may aylarında aparılan texniki xidmətin həcmləri daha da azaltacağı gözlənilir”.

Nəşr qeyd edir ki, Rusiya üçün Hindistanda bazar payının itirilməsi əsas neft bazarının itirilməsi deməkdir.

//Samir Qurbanov, Editor.az

Seçilən
19
editor.az

1Mənbələr